XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 13:03

Sirus Təbrizlinin qızı:“Danışmaq fikrim yoxdur”

sirus

“Atam sağlığında diqqət mərkəzində olmağımızı istəməyib. Bu gün də mətbuata çıxıb nəsə barədə danışmaq fikrim yoxdur”.

Bunu Modern.az-a açıqlamasında mərhum publisist-yazar, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri Sirus Təbrizlinin qızı Arzu Təbrizli deyib. Mərhum Sirus Təbrizlinin ailəsinin hal-hazırda nə işlə məşğul olması barədə bilmək istədiklərimizə gəlincə, Arzu Təbrizli ona ünvanlanan suallara cavab verməkdən imtina edib.

“Düşünürəm ki, bizim ailədə nə işlə məşğul olmağımız hər kəs üçün maraqlı hadisə deyil. Bunlar şəxsi məsələlərdir. Atam sağ olsaydı, mətbuatda bu formada çıxış etməyimizi istəməzdi”.

Qeyd edək ki, Sirus Təbrizli iki dəfə Milli Məclisin deputatı seçilib. 2013-cü ilin sentyabrında 71 yaşında dünyasını dəyişib.