XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 11:37

“Azadlıq-2015”ə daxil olan partiya liderlərinin seçki müzakirəsi – Toplantı

“Azadlıq – 2015” Seçki Blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, VİP, ALDP, Aydınlar partiyası və AXP sədrləri iştirak edib.

Strateq.az xəbər verir ki, toplantıda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Eyni zamanda, “Azadlıq-2015” Seçki Blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparılıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib:

“Milli Məclisə seçkilərin bütün mərhələləri üzrə demokratik qüvvələrin vahid monitorinq mərkəzinin yaradlması təşəbbüsü ilə digər siyasi və ictimai sektor təsissatları ilə məsləhətləşmələr aparılması məqsədəuyğun sayılıb”.