XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 05:41

“İrəvanda “rəngli inqilab”ı qızışdıran var, bunu siz bilirsiniz” – Lavrov

Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətlə bağlı açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirməyə çalışıb, üstüörtülü şəkildə Qərbi ittiham edib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, o, İrəvanda əhalinin etiraz aksiyasını siyasi yox, iqtisadi xarakter daşıdığını söyləyib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır.

O, inkişaf edən beş ölkəni – Braziliya, Rusiya, Hindistan, çin, Cənubi Afrika Respublikası – birləşdirən qrupun (BRİKS) Gənclər Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər.

S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: “Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar”.