XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 06:10

Vidadi İsgəndərli və ailəsindən şok addaım – Vətəndaşlıqdan imtina etdilər
Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Vidadi İsgəndərli ailəsi ilə birlikdə ölkədən getmək qərarı verib.
Bu barədə JAM.AZ-a məlumat verən sözügedən şəxs bildirib ki, o, dünəndən etibarən dünyanın demokratik ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb.
Vidadi İsgəndərli vurğulayıb ki, Azərbaycanda korrupsiya və insan hüquqlarının kütləvi şəkildə pozulmasına, mübariz insanlara qarşı mütəşəkkil formada baş verən genosidə görə Azərbaycan Respublikasının vətəndaşlığından ailəvi imtina edir. «Həmin dövlətlərin başçılarından siyasi sığnacaq verilməsini xahiş edirəm. Azərbaycanda, ələxsus Prokurorluq orqanında korrrupsiya dövlət səviyyəsində baş verdiyinə görə burada yaşamağın adı yoxdur. Hal-hazırda ürəyimdən əməliyyat olunmuşam, əməliyyatdan çıxdıqdan sonra vətəndaşlıqdan imtina edirəm».