XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 13:10

Məmmədyarov Çavuşoğluilə danışıb

elmar-memmedyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  E. Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb.

O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini  bildirib.

Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.