XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 09:45

Markov: “Ermənistan yeddi rayonu qaytarmalıdır”

Ermənistan birinci mərhələdə işğal etdiyi yeddi rayonu qaytarmalıdır.

Axar.az xəbər verir ki, bunu tanınmış rus politoloqu Sergey Markov Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda keçirilən birinci Avropa Oyunları ilə bağlı “AzərRos”a verdiyi müsahibəsində deyib.

Jurnalistin, “Ermənistan-Azərbaycan münaqişəsinin həlli sizə necə görünür” sualına o, belə cavab verib:

“Hesab edirəm ki, tərəflər kompromisə getməlidir. Bir müddətlik Dağlıq Qarabağın statusu təxirə salınmalı və bu mərhələdə Ermənistan işğal etdiyi yeddi rayonu qaytarmalıdır. Belə kompromis Dağlıq Qarabağın statusunun müəyyən edilməsilə bağlı aparılan siyasi danışıqlarda inam atmosferi yaradacaq”.