XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 18:37

Putinin məsləhətçisi Duqin: “ABŞ Yaxın Şərqdə kürd dövlətinin qurulmasına şərait yaradır"

duqin

Daily Sabah (Türkiyə), 17.07.2016

 

Vladimir Putinin xarici siyasət üzrə məsləhətçisi Aleksandr Duqin Ankaraya səfər edib – “Yerli hökumətlərin Avrsiya birliyi” QHT-nin keçirdiyi görüşdə iştirak üçün. Duqin cümə günü çıxışında bildirib ki, Rusiya-Türkiyə münasibətlərində yeni era başlanır və əvvəlki mərhələ ilə müqaysədə xeyli möhkəmlənməyə səbəb ola bilər. Duqin Ədalət və İnkişaf Partiyasından nazirlərin və təmsilçilərin qatıldığı mətbuat konfransında deyib ki, yaxşılığa doğru köklü dəyişikliklər gözləyir. Rusiya-Türkiyə münasibətlərini bir neçə aylığa pisləşdirmiş insidentə –  2015-ci ildə vurulmuş Rusiya bombardmançısı mövzusuna toxunan Duqin söyləyib ki, bu qətl iki ölkənin münasibətlərinə nifaq salmaq istəyən qüvvələr tərəfindən həyata keçirilib.

O, həmçinin deyib ki, Atatürk adına beynəlxalq aeroprtda keçirlən teraktın vaxtı təsadüfən seçilməyib – hadisə Rusiya-Türkiyə münasibətləri qaydaya düşəndən dərhal sonra baş verdi.

О, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı da tərifləyərək bildirib ki, “onun cəsarətli qərarı münasibətlərin normallaşmasında önəmli rol oynadı”.

Hətta Duqin təsdiqləyib ki, Ərdoğan Rusiyanın vurulmuş təyyarəçisinin ailəsinə başsağlığı verməklə Rusiya tərəfinin narahatlığını azaldıb. “Ən önəmlisi – münasibətləri normallaşdırmaqdır, – Duqin deyib. – Münasibətlər gərgin olarkən Putin də, Ərdoğan da bunu başa düşürdülər”.

Yaxın Şərqə gəlincə, Duqin həm Rusiya, həm də Türkiyənin siyasətində xeyli dəyişiklikləri öncədən görür. O bildirib ki, ABŞ bölgədə müstəqil kürd dövlətinin qurulmasına şərait yaradır ki, bu da Rusiyanın strategiya və əqidəsinin əleyhinədir.

Duqin fikrini belə yekunlaşdırıb: “Rusiya və Türkiyə Suriya üzrə konsensusa nail ola bilər. Mən hesab edirəm ki, biz həmçinin kürd dövləti ilə bağlı problemi də həll edə bilərik”.

Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydının başçılığı ilə nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkovla ayrıca görüş keçirib. Nazirlikdən məlumat verdilər ki, Aydın və Meşkov Rusiya-Türkiyə iqtisadi və ticarət münasibətlərini müzakirə ediblər.

 

Tərcümə Strateq.az-ındır.