XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

05 İyul 2015 - 11:42

ABŞ kəşfiyyatı Merkelin hansı sirlərini öyrənib? – SƏNƏD

ABŞ kəşfiyyatı Merkelin hansı sirrlərini öyrənib? – SƏNƏD

Vaşinqton və Berlin arasındakı casusluq qalmqalı böyüməkdədir. Almaniyanın “Spiegel” jurnalı yeni iddia ilə çıxış edərək bildirib ki, ABŞ mərkəzi kəşfiyyat idarəsinin Almaniya rəhbərliyini dinləməsi ədəsizlikdir.

“Spiegel” iddia edir ki, Mərkəzi Kəşfiyyat idarəsi dinləmələr vasitəsilə çox önəmli bilgilər əldə edib.
Qeyd edək ki, “Spiegel” Kanslerin ofisinə bağlı bir nəşrdir. Bunu hələ 2011-ci ildə casusluq qalmaqalı yeni gündəmə gələndə “CİA”-nın Berlin üzrə koordinatoru Günter Hays bildirmişdi. CİA isə öz nöbvəsində bu məxfi sirrin üstünün açılmasında konkret olaraq Günter Haysın müavini Hans Josef Forbekdən şübhələnir. Güman olunur ki, CİA-ni gizli dinləmə vasitələrini o, ələ verib.
Bu arada “Süddeutsche Zeitung” qəzeti iddia edib ki, kansler Angela Merkel 2011-ci ildə Vyetanama səfər edərkən onun gizli telefon danışıqları ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi tərəfindən dinlənib. Nəticədə Avrozonanın hazırkı durumu, avronun vahid valyuta kimi qalıb-qalmaması, eləcə də Yunanıstanın vəziyyətilə bağlı bəzi məxfi faktlar əldə olunub.
Sənəddə göstərildiyi kimi, söhbət Angela Merkelin telefon danışığının məzmunundan gedir. ümumi olaraq Merkelin apardığı gizli müzakirədən belə nəticə çıxartmaq olur ki, o, Yunanıstanın böhrandan qurtarılması yolunu hələ tapa bilməyib. Gizli danışıqda ən önəmli məqamlardan biri isə Merkelin Yunanıstanla bağlı “Haircut” – yəni kəsilib atılmalı, “ittifaqdan çıxarılmalı” fikrini səsləndirməsi olub./Azvision.az/