XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2016 - 15:44

Ərdoğan Azərbaycana gələcək –Baş nazir səbəbi açıqladı

aliyev-erdoqan-99

Yaxın vaxtlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olacaq.

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım iyulun 19-da Ankarada gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, diqqəti buna yönəldib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçhissəli mexanizm regional əməkdaşlığın inkişafına böyük töhfə verib.

Anadolu agentliyinin məlumatına görə, Türkiyə hökumətinin başçısı üç ay öncə Dağlıq Qarabağ zonasında vəziyyətin pisləşməsilə bağlı narahatlığını da bildirib.

“Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiq olduğumuzu bəyan etdik. Bundan əlavə, son zamanlar regionda terror hücumlarının sayının artmasına dair məsələləri müzakirə etdik. Terrorçular arasında fərq qoymadan, onların təsnifatını aparmadan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi bir daha qeyd olundu”, – B.Yldırım vurğulayıb.