XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 00:27

Türkiyənin Azərbaycanda hərbi baza formalaşdırması… –Politoloqdan reaksiya

elxan-sahinoglu-esas

"Türkiyədə hərbi çevrilişə uğursuz cəhd və Ərdoğanın Pensilvaniyadakı rəqibinə qalib gəlməsi Azərbaycana da təsir etdi".

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu təsir özünü iki sahədə göstərir:

"Birincisi, Azərbaycan hakimiyyəti Gülənin ölkədəki şəbəkəsini sürətlə neytrallaşdırır. İkincisi, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılacaq. Azərbaycanın hər ikisinə ehtiyacı var.

Gülən şəbəkəsi uzun illər Azərbaycanda özünü çox rahat hiss edib, özlərinə aid olmayanları sıxışdırıb, özlərininkini isə irəli çəkərək mövqe sahibinə çevirib. Türkiyənin Azərbaycanda hərbi baza formalaşdırması prosesinə başlamasına gəldikdə isə, bu, Rusiyanın Ermənistanla birgə qoşun birlikləri yaratması qərarıyla da əlaqələndirilə bilər".

Ekspert onu da bildirib ki, sadalananlara rəğmən, son il yarımda Azərbaycanla Türkiyə ordusunun intensivləşən birgə hərbi təlimlərini də nəzərdən qaçırmaq olmaz.