XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 12:30

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub

kolumbiya sefir

Kolumbiyanın Milli Gününün 206-cı ildönümü münasibətilə ilə bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra müvəqqəti işlər vəkili Marta Qalindo Pena qonaqları salamlayaraq ölkələrimiz arasındakı əlaqələrdən söhbət açdı.

Kolumbiya səfirliyinin Azərbaycanda iki ildən artıq fəaliyyət gösətdiyini xatırladaq xanım Pena, ölkələrimiz arasındakı bir çox oxşarlıqların olduğunu və hər iki dövlətin güclü və uzun müddətli ikitərəfli əlaqələrin inkişafına şərait yaratdığını qeyd etdi: “Məhz buna görədir ki, cəmiyyətimizin zənginliklərini nümayiş etdirərək, təhsil və mədəni əlaqələrin inkişafını davam etdiririk. Eyni qayda ilə ticari sahədə də yaxınlaşmaları yaratmaq, turizmin inkişafına təkan vermək və sərmayələr üçün artıq bir sıra addımlar atılıb”.

Diplomat idman sahəsində əlaqələrin möhkəmləndiyini qeyd edərək, Azərbaycanda keçirilən boks və şahmat oyunlarında kolumbiya idmançılarının iştirak etdiyi xatırlatdı, oktyabr ayında kolumbiyalı voleybolçuların ölkəmizdə qonaq olacağını vurğuladı. Azərbaycanın füsunkar təbiətindən xəbərdar olduğunu, Azərbaycan dağlarının vurğunu olduğunu dilə gətirdi. Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olduğunu söyləyən kolumbiyalı diplomat, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Seyid Əzim Şirvanidən, Mirzə Ələkbər Sabirdən, Bəxtiyar Vahabzadədən söz açdı.

Xarici İşlər Nazirliyin xüsus tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov Azərbaycan hökuməti və xalqı adından müvəqqəti işlər vəkilini təbrik etdi. Dedi ki, ölkələr arasındakı sıx siyası dialoq mövcuddur, imzalanan ikitərəfli sazişlər möhkəm əməkdaşlığın əsasənı təşkil edir. G.Cəfərov Kolumbiya Senatının Xocalı soyqırımını tanıdığını xatırladaraq bu addımıın Azərbaycan tərəfindən yüksək qiymətləndirlidiyini, əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğuladı.

Strateq.az