XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 13:20

ABŞ-ın mühafizəkar “The Daily Caller” saytı:“ABŞ, NATO və bütün Avropa Azərbaycanı dəstəkləməlidir”

 

sayt abs

“NATO və ABŞ Azərbaycanın İran və Rusiya arasında strateji və vacib mövqeyə sahib olduğunu bilir. Azərbaycan prezidenti İlham Əliyevin Varşava sammitində iştirakı Azərbaycanın əhəmiyyətini sübut edir”.

 Bu barədə “The Daily Caller” nəşrində yer alan məqalədə deyilir.

 Yazıda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, bu problem hələ də qalmaqdadır: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi Ermənistan işğalının mərkəzində durub. ABŞ bilir ki, 1994-cü il atəşkəsindən əvvəl 20 min azərbaycanlı bu münaqişədə öldürülüb və 1 milyon azərbaycanlı məcburi şəkildə evlərindən qovulub. Son hərbi əməliyyatlar tamamilə Azərbaycan ərazisində baş verib. "Azadlıq" radiosunun müşahidəçiləri bəyan edirlər ki, Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı Dağlıq Qarabağ əsgərləri aprel ayında baş verən hərbi əməliyyatları təhrik edən tərəf olub”. (APA)

 Məqalədə qeyd olunur ki, işğal faktı və Xocalıdakı etnik təmizləmə qurbanlarına görə azərbaycanlıların mövcud münaqişə və danışıqlarda mənəvi üstünlüyü var: “ABŞ, NATO və bütün Avropa dövlətləri Azərbaycanı bu yenilənmiş münaqişədə dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər”.

Strateq.az bildirir ki, “The Daily Caller” Vaşinqtonda, Kolumbiya dairəsində yerləşən mühafizəkar siyasi yönlü xəbər saytdır.  Saytın əsası ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin müşaviri olmuş politoloq Taker Karlson tərəfindən 201-cu ildə qoyulub.