XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 23:02

Özəl münasibətlər bizə lazım deyil –Türkiyə

 

Yönet tt

Türkiyə nə bahasına olursa olsun, Avropa Birliyinə üzv olmağa cəhd etmir, sadəcə olaraq Brüsselin digər ölkələrə qarşı göstərdiyi münasibəti özünə qarşı da tələb edir."

Bu sözləri Türkiyənin Ukrayna səfiri Yönət Təzəl deyib.

"Biz Türkiyə olaraq yalnız onu istəyirik ki, başqa ölkələrə göstərilən münasibət bizə də göstərilsin. Özəl münasibətlər bizə lazım deyil, bizə bərabərlik lazımdır. AB-yə üzvlüyə cəhd etmirik, bununla bağlı olaraq xahiş də etməyəcəyik.
Səfir qeyd edib ki, Türkiyə və Avropa Birliyinin yaxınlaşması iqtisadi nöqteyi nəzərdən hər iki tərəf üçün sərfəlidir:

"Əgər Türkiyə Avropa Birliyinə üzv olmasa, bu Türkiyə üçün böyük itki olacaq, həmçinin də AB üçün. Niyə biz Avropa Birliyinə üzv olmaq istəyirik? – Çünki biz öz vətəndaşlarımızın iqtisadi, sosial standartlarını yüksəltmək istəyirik. Əlbəttə, Avropa ilə tarixi, mədəni əlaqələr var, ancaq əgər Afrikada yüksək standartlar olsaydı, biz Afrika Birliyinə qoşulmağa çalışardıq". (Axar.az)