XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 23:41

Moskva Yerevanın gördüyü tədbirləridəstəkləyir

yerevan 12334

“Moskva Yerevanda polis binasının zəpt edilməsini pisləyir və Ermənistan hakimiyyətinin gördüyü tədbirləri dəstəkləyir”. Bunu iyulun 21-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, Moskva vətəndaşlara təhlükə törədən və polis əməkdaşının ölümü ilə nəticələnən bu insidenti, kriminal və qəbuledilməz hərəkət kimi qiymətləndirir.

Zaxarova yaxın vaxtlarda vəziyyətin yoluna qoyulacağı, girovların azad ediləcəyi və hərtərəfli istintaq nəticəsində günahkarların cəzalandırılacaqlarına ümidlə yanaşdıqlarını bildirib.

Qeyd edək ki, bir qrup silahlı adam ötən bazar polis-patrul xidməti alayının Erebunidəki binasını zəbt edib.

Hücum vaxtı 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Onlar “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Hakimiyyət nümayəndələri hazırda onlarla danışıqlar aparır. 

Sefilyan qanunsuz silah saxlama ittihamı ilə iyunda həbs olunub. (Müsavat)