XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 16:49

ABŞ-dan Saakaşviliyə daha bir dəstək – Rusiya mətbuatı yazdı

Odessaya qubernator seçiləndən bəri dünya mətbuatının diqqətində olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili az qala, hər gün yeni islahat xəbəri ilə medianın gündəminə gəlir.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Saakaşvilinin Odessada imza atacağı bütün yenilikləri və islahatları ABŞ maliyyələşdirəcək. Odessanın hüquq-mühafizə orqanlarında aparılan islahatlarda isə Birləşmiş Ştatların kadrları iştirak edəcək. ABŞ bu qərarı Saakaşvilinin vilayət administrasiyasının bütün əməkdaşlarını korrupsiyaya görə işdən qovmasından sonra qəbul edib.

Saakaşvili bildirib ki, rüşvət alanları gün boyu təqib edəcəklər. Saakaşvili Kaliforniyadan gələn polislərin Odessadakı polislərə təlim keçəcəyini də bildirib.