XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 18:46

Azərbaycan ATƏT-ə qarşı niyə sərt addım atdı? – VİDEO

ATƏT Azərbaycanda fəaliyyətini rəsmən dayandırdı. Artıq bu qurumun bayrağına ölkə ərazisində rast gəlmək mümkün deyil.

Avropada təhlükəsizliyin və əməkdaşlığın təminatçısı kimi çıxış edən təşkilatla Azərbaycan arasında son illər münasibətlərin soyuyaraq bu həddə düşməsinə səbəb nədir? və ya Azərbaycan tərəfi ATƏT-lə bağlı belə qərarına hansı zərurət vardı?

Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ATƏT-in Bakı ofisi adı ilə fəaliyyətə başlayan təşkilat sonradan statusu endirilərək layihə əlaqələndiricisi kimi davam etdirdi. Bir neçə gün sonra isə Azərbaycan hökuməti təşkilatın fəaliyyətini tamamilə dayandırdı və yerləşdiyi binanın qarşısında artıq bayrağı da yığışdırılıb.

Bəs, hökumət niyə belə bir addım atdı? Sualın cavabını tapmaq üçün son bir neçə ilin ATƏT-lə münasibətlərə nəzər salmaq lazım gələcək. İlk olaraq 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasının qəbul etdiyi qərara diqqət yetirək.

Bu qərar əsasən 2014-cü ilin yanvarından qurumun Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna endirildi. Bu beynəlxalq qurumun münaqişəyə getdikcə dırnaqarası baxmasının ilk təsdiqi oldu.

Ardınca Azərbaycan əsilli Aleksis Şaxtaxtinskinin ilk layihə əlaqələndiricisi kimi təyinatından sonra onun prezident İlham Əliyevlə çəkdirdiyi şəkilə görə mandatının ləğv olunması Azərbaycan hökuməti üçün ikinci səbəb oldu.

Həmin vaxt prezident administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov dərhal “Twitter” hesabında məsələyə münasibət bildirdi:

“Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Aleksis Şaxtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şaxtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

Ploitoloq Fikrət Sadıqov hesab edir ki, ATƏT-in Bakı ofisinin bu neçə ildə münaqişənin həll olunması və ya ədalətli şəkildə Ermənistanla bağlı heç bir tənqidi mövqeyi olmayıbsa, onun dırnaqarası mövcudluğu da əhəmiyyətə malik deyil.