XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 17:25

Rusiya XİN başçısı:"Rusiya-Türkiyə münasibətləri Suriya böhranı üzrə qarşılıqlı anlaşmadan asılı olacaq"

Lavrov 5537

Rəsmi Moskva Türkiyənin onu eşitməsindən məmnundur.

Bu barədə beynəlxalq forumda çıxış edərkən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Türkiyə ilə münasibətlərin 2015-ci ilin noyabrında qədər və ondan sonra necə inkişaf etdiyi hamıya məlumdur. Hesab edirik ki, bu hadisə arxasında kimin durmasından asılı olmayaraq, Türkiyə tərəfinin qəbuledilməz davranışın göstərir. Biz qəti mövqe nümayiş etdirdik: bu, hücum idi və ona haqq qazandıra bilməzdik. Türkiyənin bizi eşitməsi Rusiya tərəfində məmnunluq hissi yaşatdı", – deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, indi münasibətlərin bərpası üzrə işlər aparılır.

"Müntəzəm uçuşlar bərpa edilib, hökumətin iqtisadi blokları arasında əlaqələr bərpa olunacaq", – deyə, o əlavə edib.

Bununla yanaşı, Rusiya XİN başçısı "etimadın bərpa"sı termininin mücərrəd kateqoriyaya aid olduğunu bildirib.

"Hər şey əlaqələrə necə yanaşacağımızdan, əsasən də Suriya böhranı üzrə qarşılıqlı anlaşmadan asılı olacaq", – deyə S.Lavrov diqqətə çatdırıb. O, Türkiyənin bu məsələlərdə lazımi cavabı verəcəyinə və terrorçulara qarşı lazımi tədbirləri görəcəyinə ümid etdiyini də dilə gətirib. (Müsavat)