XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 12:24

Azərbaycan Türkiyədə çevriliş cəhdini qətiyyətlə pisləyir- Daimi nümayəndəlik

“Azərbaycanın nümayəndə heyəti Türkiyədə demokratik qaydada seçilmiş hökumətin devrilməsinə yönəlik dövlət çevrilişinə cəhdi qətiyyətlə qınayır”. 
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Daimi Şuranın 1110 saylı iclasında Türkiyədə baş vermiş son hadisələrlə bağlı bəyanatında deyilir. Bəyanatda qeyd edilib ki, bu, Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş, Türkiyənin iradəsi və seçiminə qarşı törədilmiş cinayətdir: “Biz mülki vətəndaşlar əleyhinə yönəldilmiş qeyri-insani hücumlar qarşısında Türkiyə xalqının nümayiş etdirdiyi nümunəvi cəsarəti alqışlayırıq. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bu cinayəti Konstitusiya və Türkiyə demokratiyası əleyhinə addım kimi qınayıb. Prezident əminliyi bildirib ki, Türkiyə hakimiyyəti tərəfindən dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə atılan qətiyyətli tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət tezliklə normallaşacaq”.
 
Sonda qeyd edilib ki, belə çətin bir dövrdə Azərbaycan Türkiyə xalqı və dövlətinə qətiyyətli dəstəyini davam etdirəcək.