XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 İyul 2016 - 13:20

XİN-dən Münhendəki atışma ilə bağlıAÇIQLAMA

XIN

“Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” – deyə H. Hacıyev qeyd edib.

Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.