Kubanın əfsanəvi lideri Fidel Kastro Yunanıstandakı referendumdan çıxan «yox» cavabının ardından baş nazir Aleksis Tsiprasa təbrik məktubu göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kastro nəticələri yunan xalqının qələbəsi, Latın Amerikası üçün isə cəsarət nümunəsi adlandırıb:
«Yoldaş Tipras, böyük qələbə münasibətilə sizi təbrik edirəm. Referendum günü prosesi diqqətlə izlədim. Yunanıstan təhdidlərə boyun əyməyərək kimliyini və mədəniyyətini qorumağı bacardı. Yunanıstan kubalılar üçün yaxın ölkə sayılır. Yunanıstandan bizə fəlsəfə, elm, sənət, mədəniyyət baxımdan xeyli miras qalıb. ölkəniz bu qarışıq vəziyyətdə Latın Amerikasına cəsarət dərsi verdi. Dünyadakı mövcud siyasi sistemdə barış və bu kimi mövzular incə bir ipdən asılıdır. Bu sahədə alınan qərarlar çox diqqətlə təhlil və icra edilməlidir. Sizə tutduğunuz yolda uğurlar arzulayıram».