XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 10:09

Parlament partiyaları Konstitusiya dəyişikliklərinidəstəkləyir - SORĞU

meclis02

Ölkənin Konstitusiya Məhkəməsi dövlət başçısının təklif etdiyi Konstitusiyaya əlavə və dəyişikliklərə iyulun 25-də baxacaq.

Turan agentliyi parlamentdə təmsil olunmuş və özlərini müxalif adlandıran partiyaları liderləri arasında sorğu keçirib.

Belə ki, Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə təklif olunan dəyişikliklərlə bağlı “ciddi problem” görmür.

“Bu sənədin əsas məqsədi və mənası icra hakimiyyətinin möhkəmləndirilməsidir”, -deyə o bildirib. Mollazadə bu dəyişikliklərin qəbul edilməsi zərurətini “regiondakı təhlükəli proseslərlə” əsaslandırsa da, məhz hansı prosesləri nəzərdə tutduğunu açıqlamayıb.

Öz növbəsində, Ana Vətən partiyasının lideri Fəzail Ağamalı hesab edir ki, İlham Əliyevin təklif etdiyi dəyişikliklər “ölkənin inkişaf səviyyəsindən irəli gəlir və idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir”.

Hüquqşünasların təklif olunan dəyişikliklərin əsas qanunun ruhuna və mahiyyətinə zidd olduğu barədə fikrini şərh edən Ağamalı deyib: “Mən bu ifadələrlə tanışam, amma onların müəllifləri ya dövlətçiliyin inkişafını görmürlər, ya da özlərini görməmiş kimi aparırlar”.

Prezident və parlament üzvü üçün yaş məhdudiyyətinin ləğvi, birinci vitse-prezident  və vitse-prezidentlər haqqında düzəlişə toxunan Ağamalı bu təkliflərin “antidemokratik” adlandırılmasından təəccübünü ifadə edib: “Dünənki demokratiya normaları bugünki həqiqətlərə uyğun olmaya bilər. Demokratiya da inkişafdadır və dəyişə bilər”, deyə o bidirib.

Yaş məhdudiyyəti siyasətçilərin hüquqlarını məhdudlaşdırır, prezidentlik müddəti isə bir çox ölkələrdə 7 il təşkil edir. İstənilən halda, son sözü xalq deyəcək. “Yaxın zamanda biz bu dəyişikliklərin idarəetmə sisteminə müsbət təsirinin şahidi olacağıq”, -deyə deputat bildirib.

Digər deputat, “Böyük Quruluş” partiyasının lideri Fazil Mustafa hesab edir ki, ölkə prezidentinin Konstitusiya Məhkəməsinə bu cür dəyişikliklər təklif etmək hüququ var. “Buna əvvəlcədən hansısa qiyməti vermək yanlış olardı”. Eyni zamanda, o hesab edir ki, etik nöqteyi-nəzərdən deputatlıq mandatından məhrum etmə və mülkiyyət hüququndan məhrum etmə ilə bağlı düzəlişlər ətrafında “mübahisələr yarana bilər”.

Təklif olunan düzəlişlərin mahiyyətinə gəlincə, onlar “demokratiyadan daha çox, regionda baş verən hadisələr fonunda sabitliyin möhkəmləndirilməsi məqsədi güdür”, Mustafa belə hesab edir.

Onun fikrincə, vitse-prezidentlər institutunun təsis edilməsi haqqında təklif də sabitliyin möhkəmləndirilməsinə yönəlib.