XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 17:42

Ərdoğandan Fransa mətbuatına açıqlama:"Güləndən göstəriş aldıqlarını etiraf ediblər"

darbe

Русская служба RFI (Fransa), 25.07.2016

 

Türkiyə prezidenti 15 iyul dövlət çevrilişinə cəhddən sonra ilk dəfə "France-24" telekanalına eksklüziv müsahibə verib. Rəcəb Tayyib Ərdoğan holdinqimizin müxbiri ilə söhbətində ölkədə baş vermiş qiyamı şərh edərək AB tərəfdən tənqidlərə də cavab verib.

Ərdoğan "France-24"də müsahibədə ABŞ-da yaşayan İslam vaizi və müxalifi, keçmiş silahdaşı Fətulla Güləni yenə də qiyamın baiskarı adlandırıb. Türkiyə prezidenti bildirib: “Dövlət çevrilişinin dalında kimin durduğunu bilirik. Qiyam Pensilvaniyadan göstərişlə baş verib”.

Onun sözlərinə görə, qiyam iştirakçılarından bir qismi artıq etiraf edib ki, Güləndən göstəriş alıblar.

O, qeyd edib: “Baş qərargahın başçısını girov götürənlərdən biri ona qiyamçıların lideri Fətulla Gülənlə telefonda şəxsən danışmaq təklifi verib. "France-24" ilk KİV-dir ki, bu haqda danışıram”.

Ərdoğan həmçinin ölkədə fövqladə vəziyyətin tətbiqini tənqid etmiş AB liderlərinə cavab verib. Prezident deyib: “Avropa liderlərinin dedikləri məni maraqlandırmır və mən onlara qulaq asmıram”.

Rəcəb Tayyib Ərdoğan Avropa Birliyini şübhəli informasiya qaynaqlarından istifadə etməkdə ittiham edib. Ərdoğan hiddətlənib: “Bizdə Avropa məsələləri nazirliyi var: Avropa Birliyi məlumat almaqdan ötrü bu nazirliyə müraciət edə bilər. Bizdə xarici işlər nazirliyi var: niyə bu adamlardan heç kim ora müraciət etmir? Onlar bəyanat verməkdən ötrü qəzetlərdə çap edilənlərə əsaslanırlar”.

Türkiyə prezidenti əlavə edib ki, ölkədə başlanmış təmizləmələr “virusun kökü tam kəsilənədək” davam edəcək.

15 iyulda uğursuz çevriliş cəhdindən sonra Ərdoğan ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu tədbir komendant saatı tətbiq etməyə, ordersiz axtarış aparmağa, həbs müddətini uzatmağa, toplaşma, həmçinin ölkə daxilində yer dəyişmək azadlığını məhdudlaşdırmağa imkan verir.

"Amnesty International" Beynəlxalq hüquq müdafiəsi təşkilatı bazar günü iyulun 24-də məlumat yayıb ki, həbs edilmiş qiyamçılara işgəncə verildiyi haqda məlumata malikdir. Təşkilatın kommunikesində deyilir: “Türkiyə polisi İstanbul və Ankarada dustaqları bəzən 48 saat ərzində əzablı pozada saxlayır”.

Hüquq müdafiəçiləri həmçinin dustaqların yemək, su və dərmandan məhrum edilməsi halları, o cümlədən döyülmə, işgəncə və zorlama haqda məlumat verirlər.  

Ankaralı iki vəkil həbs edilmiş zabitlərin polis dəyənəyi ilə zorlanması haqda QHT təmsilçilərinə məlumat verib.

"Amnesty International"ın Avropa şöbəsinin rəhbəri Con Dalhayzen bildirib: “Türkiyə hökumətinin bu dəhşətli əməlləri dayandırması lazımdır”.

 

Tərcümə Strateq.az-ındır.