XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 İyul 2016 - 15:38

“Əgər müxalifət hər hansı anti-təbliğat zamanı təxribat cəhdi edərsə,…” –YAP-dan referendumla bağlı xəbərdarlıq

aydin-mirzezade-deputat

“Konstitusiyaya dəyişikliyi ilə bağlı referendumun həyata keçirilməsinə görə təbliğat və təşviqat kampaniyasına başlayacağıq. Aparılacaq təbliğat və təşviqatın istiqamətləri, forması və bu barədə konkret müzakirələr ölkə başçısı tərəfindən referendumun vaxtının müəyyən olunmasından sonra bilinəcək”.

Bu barədə Modern.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O, baş tutacaq referendumdan danışaraq bildirib ki, təbliğat və təşviqat zamanı Konstitusiyaya ediləcək dəyişikliklər haqqında tərəfdarlarını məlumatlandıracaqlar:

“Seçki Məcəlləsini imkan verdiyi çərçivədə təbliğat kampaniyası müddətində konstitusiyaya ediləcək dəyişiklərin əhəmiyyəti, onların, günün tələblərinə cavab verməsi, Azərbaycan cəmiyyətinə müsbət təsiri barədə seçici və tərəfdarlarımızı məlumatlandıracağıq. Konstitusiyada ediləcək dəyişiklərin Azərbaycan dövlətçiliyini yeni mərhələyə daxil olması haqqında geniş təşviqat aparılacaq. Həm mərkəzi aparat və həm də yerli partiya təşkilatları bu gün cəmiyyətlə çox sıx bağlıdır. Hər seçkidən-seçkiyə biz seçici və tərəfdarlarımızı, cəmiyyəti yaxşı tanıyırıq. Buna uyğun olaraq da hər sosial qrupa uyğun bizim təbliğat bazamız və materiallarımız var”.

Aydın Mirzəzadə söyləyib ki,Konstitusiyaya dəyişikliklə bağlı artıq müxalifətdən ilkin reaksiyalar da gəlib.

YAP rəsmisi hesab edir ki, radikal müxalifət qeyri-obyektiv şərhlər verir:

“Artıq sosial şəbəkələrdə və mediada müxalifətin keçiriləcək referenduma ilkin reaksiyaları var. Müxalifətin bir hissəsi keçiriləcək referenduma, Konstitusiya dəyişikliklərinə normal baxır. Ənənəvi radikal müxalifət isə qeyri-obyektiv qiymət verir, qeyri-professional şərhlər ortaya qoyurlar. Onların təbliğatlarında referendum əleyhinə bəyanatlar var. Biz buna normal yanaşırıq. Çünki Konstitusiya hər bir kəsin istənilən məsələdə lehinə və əleyhinə səs vermə hüququnu tanıyır. Bununla belə, hesab edirik ki, bizim təbliğatımız daha güclü olacaq”.

A.Mirzəzadə bildirib ki, əgər müxalifət anti-təbliğat zamanı təxribata yol versə, bu barədə ciddi hüquqi ölçü götürüləcək:

“Əgər müxalifət hər hansı anti-təbliğat zamanı təxribat cəhdi edərsə, hüquq-mühafizə orqanları buna adekvat reaksiya verəcək. Biz siyasi rəqiblərimizi sivil, siyasi mübarizəyə dəvət edirik. Əgər onların hansısa məsələlərdə ciddi arqumentləri olarsa, ortaya qoya bilərlər. Amma bu gün açıq şəkildə görürük ki radikal müxalifətin sosial-siyasi bazası çox zəifdir. Ona görə də onların apardığı təbliğat və təşviqatlar uğursuzdur. Effektsiz, mənasız olur və heç bir nəticəyə də təsir edə bimir”.