XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 17:37

Mərkəzi Seçki Komitəsinin iclası keçirilib

msk

İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2016-cı il iyunun 3-də və iyunun 29-da keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.