XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2016 - 17:12

Asim Mollazadə:“Bu xəbər Azərbaycanla Türkiyə arasında olan münasibətlərə zərbə vurmaq məqsədi daşıyır"

asim molla

"Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər iki ölkə Azərbaycan – Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü, deputat Asim Mollazadə deyib.

İki ölkəni birləşdirən ümumi dəyərlərin olduğunu dilə gətirən millət vəkili söyləyib ki, Azərbaycan-Türkiyə arasındakı münasibətləri pozmaq cəhdi heç zaman baş tuta bilməz: "Biz bu cür cəhdlərə hazır olmayıq. Çünki,  sözügedən birliyi sevməyən qüvvələr az deyil və onlar  bu cür yalanlar uydurmaqla iki qardaş ölk arasında problemlər yaratmaq istəyirlər. Burada Azərbaycan mediası məsuliyyətli olmalı, bu cür informasiyaları yaymaqdan öncə onu dərindən araşdırmalıdır".

Azərbaycan Türkiyə birliyi əsasında yeni sistem formalaşdığını dilə gətirən A. Mollazadə bunu qəbul etməyən və hər iki ölkəyə qarşı düşmən davranışda olan qüvvələrin olduğunu da qeyd edib: "Azərbaycan və Türkiyənin inkişafını istəməyən qüvvələr hər iki ölkənin zəifləməsini istəyir. Bu baxımdan onlar Azərbaycan-Türkiyə birliyini sarsıtmaqla hər iki ölkənin zəifləməsinə nail olmağa çalışırlar".