XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 15:36

Sabiq şöbə müdirindən şeyxə, Rövşən Əkbərova və ANS-in prezidentinə qarşı ifadə verməktələb olunub

elsen mustafa

2014-cü ilin dekabrından həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanlar İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevin ailə üzvləri  Turan agentliyinə danışıb.

 İlahiyyatçının xanımı  Vüsalə Mustafayeva deyir ki, həyat yoldaşının heç bir günahı olmadığı halda, il yarımdan çoxdur ki, həbsdə saxlanılır. Onun sözlərinə görə, Elşən Mustafaoğlunun yeganə “günahı” ordan müəyyən şəxlərin əleyhinə tələb edilən ifadəni verməməsi olub: “Elşənə deyiblər ki, bu adamlar barəsində yazılan ifadəyə qol çək, çıx get balalarının yanına. Ancaq Elşən bunu eləməyib. Ona görə də üzərinə vətənə xəyanət ittihamını qoyub, həbs eləyiblər”.

Elşən Mustafaoğlu məhkəmədə keçmiş MTN əməkdaşlarının ona işgəncə verib Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə,  Milli Qəhrəman Rövşən Əkbərovun və  ANSin rəhbəri Vahid Mustafayevin əleyhinə ifadə tələb etdiyini bildirib.

 E. Mustafaoğlu 2014-cü il dekabrın 16-da həbs olunub və CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur və onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəmısində baxılır. Məhkəmə prosesi qapalı keçirilir.