XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 23:29

Ərdoğanı əsəbiləşdirən general danışdı –“Çevriliş cəhdiylə əlaqəm yoxdur”

Cozef 33

Xəbər verdiyimiz kimi, ABŞ generalı Cozef Votel Amerika ordusunun Türkiyə ordusundakı xeyli sayda yaxın müttəfiqinin həbs edildiyini söyləyərək “Şübhəsiz ki, bir çox türkiyəli lider, xüsusilə də hərbi liderlərlə əlaqələrimiz var. Hadisələrin bu əlaqələrə necə təsir edəcəyi barədə narahatıq” deyə bildirmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ona cavab olaraq “Təəssüf ki, Amerikada mühüm mövqedə olan bir general ABŞ ordusunun Türkiyə ordusundakı xeyli sayda yaxın müttəfiqinin həbs olunduğunu deyir. İnsan bir az sıxılar. Bunun qərarını vermək sənin nə həddinə? Həddini biləcəksən, sən kimsən? Sən ölkəmdə baş verən çevriliş cəhdinin qarşısını alan dövlətə təşəkkür etmək əvəzinə qiyamçıların yanında yer alırsan. Onsuz da qiyamçı sənin ölkəndə, onu bəsləyirsiniz. Mənim millətimi heç vaxt inandıra bilməzsiniz” demişdi.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cozef Votel Ərdoğanın sərt reaksiyasından sonra bildirib ki, onun Türkiyədəki çevriliş cəhdiylə heç bir əlaqəsi yoxdur və ABŞ Türkiyə kimi tarixi ortağı ilə birlikdə İŞİD-ə qarşı əməliyyatları davam etdirməlidir.