Nazarbayev: “Azərbaycan dəstəyə layiqdir”

Azərbaycan, Ermənistan, Belarus, Türkiyə və İran Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq etmək arzularını ifadə ediblər, onların ərizələrini nəzərdən keçirmək lazımdır.
Oxu.az TASS-a istinadən xəbər verirki. bunu Ufada ŞƏT sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib,
“ŞƏT şəffaflıq prinsipinə ciddi əməl etməli və cazibəsini saxlamalıdır. Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə təşkilatda işləmək arzularını bəyan ediblər.
Ehtimal edirəm ki, bütün bu dövlətlər dəstəyə layiqdirlər və biz mərhələ-mərhələ onların iradələrinin ifadəsini nəzərə almalı və ŞƏT-in konsepsiyası çərçivəsində baxmalıyıq ki, bu təşkilatın zəifləməsinə deyil, möhkəmlənməsinə xidmət etsin”, – Nazarbayev bildirib.