XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 15:06

Həsən Ruhani:“Bu gün İran qazı qonşular ilə əməkdaşlıq amilinə çevrilib”

ruhani

Bu gün İran qazı bir enerji olaraq, qonşular ilə əməkdaşlıq amilinə çevrilib”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri prezident Həsən Ruhani Milli Neft Şirkətinin yaradılmasının  50 illiyi münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

H.Ruhaninin sözlərinə görə,  neft və qaz məsələsi ötən əsrdə xalq üçün daim diqqət mərkəzində duran bir mövzu olub: “Neft və qaz məsələsi sırf iqtisadi məsələ olmayıb və bu gün də belədir”. Onun sözlərinə görə, İranda neft məsələsi daim siyasət ilə yanaşı olub: Neft hal hazırda əsasən xarici siyasət və bəzən də daxili siyasət ilə yanaşıdır”.

İran prezidenti bildirib ki, islam İnqilabının qələbə çalmasında neft sənayesinin başlatdığı aksiyalar son dərəcə təsirli olub və İnqilabın qələbə çalmasına öz töhfəsini verib.

Qaz da sonrakı mərhələdə meydana daxil olub. Bu gün təbii qazın təsirləri bir cəhətdən çox önəmlidir. Belə ki, qaz bir enerji olaraq müxtəlif ölkələr xüsusi ilə də qonşu ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olan bir amildir”.

İran prezidenti qeyd edib ki, bu gün dövlət proqramında gündəlik olaraq 200 milyon kubmetr qaz ixracat üçün  ayrılır. Bu  qonşu və daha geniş miqyasda istifadəçilər üçün böyük önəm kəsb edir.