XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 11:05

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədətam dəstəkləyir

Merakesh-16

Kral VI Mohammədin taxt-tacının 17-ci ili Bakıda qeyd edildi

Mərakeş Kralı VI Mohammədin taxta çıxmasının 17-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Hami ölkəsinin durmadan inkişafından söz açıb və son əlli ildə siyasi, iqtisadi və sosial islahatların tədricən qəbul edildiyini vurğulayıb. Səfir bildirdib ki, 2011-ci ildə yeni Konstitusiya qəbul olunduqdan sonra Mərakeş ölkədə və dünyada sabitliyin, asayişin artırılmağın əhəmiyyətini ifadə edir, bu yolun ölkəni tərəqqiyə götürəcəyinə inanır.

Azərbaycanla Mərakeş arasındakı münasibətlərə toxunan H.Hami bu əlaqələrin zamanla daha da möhkəmləndiyini və dostluq əlaqələrinin davamlı olacağına əminliyini vurğuladı. Diplomat deyib ki, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə tam dəstəkləyir.

Azərbaycan hökuməti adından Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə əlamətdar gün münasibətilə Mərakeş xalqını təbrik edib. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaranması tarixindən danışaraq hər iki ölkə başçıları arasındakı yüksək səviyyəli münasibətlərin Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verdiyini qeyd edib. Onun sözlərinə görə, ölkələrimiz arasında ənənəvi dostluğa, qarşılıqlı etimada, dəstəyə və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.

 L.SƏMLA