XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 12:58

Leonid Brejnevin SSRİ-də efirə getməyən müsahibəsi:“Gündə 35 dənə siqaret çəkirəm...” – VİDEO

brejnev int02 esas

Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Leonid Brejnevin xarici səfərləri barədə sovet xalqı yalnız rəsmi xəbərlərdən və ciddi montaj olunmuş kino sujetlərdən xəbər tuturdu.

Sovet rəhbərləri yerli televiziyaya müsahibə vermirdilər. Onların şəxsi həyatı, maraqları xalq üçün qapalı qalırdı. Ancaq onlar xaricdə olarkən, bu ənənəni pozmaq məcburiyyətində qalırdılar. Xarici ölkə jurnalistlərinin suallarına cavab verir, öz mövqelərini bildirirdilər.

Strateq.az oxuculara Leonid Brejnevin SSRİ-də efirə heç vaxt getməmiş müsahibəsini təqdim edir. Bu müsahibə Baş katib L.Brejnevin 1971-ci ildə Fransaya rəsmi səfəri zamanı fransız telejurnalist Leon Zitron tərəfindən alınıb.

Müsahibədə Brejnev şəxsi həyatından, siqret çəkməyindən, nəvələrindən, ovdan danışır.

Leonid Brejnev ilk olaraq Fransa ilə bağlı təəssüratlarını bölüşür:

– Fransızlarla tanışlığım yeniyetməlik dövrlərində başlanıb.  Mən orta məktəbdə oxuyurdum və dərs proqramının tələbinə əsasən fransız dilini öyrənirdim. Son illərdə xeyli fransız dostlarımız Moskvada olub. Mən Parisə gələndə bilirdim ki, təkcə fransız siyasətçiləri ilə deyil, həm də  xalqla da görüşəcəyəm. Mən onları çox şən, həyatsevər, dinamik gördüm. Yəni təsəvvür elədiyim kimi… Fransızlar elə fransızlardır ki var…

– Deyirlər siz ova getməyi çox sevirsiniz?

– Mən bilmirəm, bu məlumatı haradan almısınız. Amma doğrudur, mən ovu çox sevirəm. Hələ gənc vaxtlarımdan bu idman növünü sevirəm və indiyə qədər atmamışam. İndi də imkan olanda, ova gedirəm. Hesab edirəm ki, ən yaxşı istirahət meşədə, çayda olmaq, ov etməkdir. Bu, mənə zövq verir.

– Kino və konsertə getməyə vaxt tapırsınızmı?  

– Çox maraqlı sual verdiniz. Əgər mən desəm ki,  “yox”, bu, çox pisdir, əgər “hə, tez-tez gedirəm” desəm, bu, yalan olar. “Böyük Teatr”da mən çox oluram.  Xarici ölkələrədən qonaqları qəbul edərkən onlar həmişə “Böyük Teatr”da nəsə maraqlı bir şeyə baxmaq istəyirlər. Əksəriyyəti  “Qu gölü” baletinə baxmağa üstünlük verirlər. Deyə bilərəm ki, “Qu gölü” baletinə mən 10 dəfə baxmalı oluram. (gülür)

– Siqaret çəkirsinizmi?

– Bu yaxınlarda çox maraqlı bir hədiyyə almışam. Onu sizə göstərmək istəyirəm. Bu, o qədər də baha olmayan portsiqardı. Bu portsiqar mexaniki göstəricisi olan mexanizm ilə təmin olunub. Əgər bu göstəricini müəyyən bir vaxt üzərində qursam, o zaman mən bu portsiqarı həmin vaxtdan tez aça bilmərəm. Bir saatdan sonra özü açılır. Ondan sonra mən oradan bir siqaret götürüb çəkə bilərəm. Bu, bir növ məhdudlaşdırıcı mexanizmdir.  Son vaxtlar, Fransaya gəlməmişdən, hətta burada belə mən siqareti  xeyli azalda bilmişəm. İndi gündə 17 siqaret çəkirəm. Amma əvvəl  mən gündə 35 siqaret çəkirdim. Ümid edirəm, bu potrsiqar mənə siqareti azaltmağa kömək edəcək.

– Biz burada sizin həyat yoldaşınızı gördük. Lakin sizin övladlarınız və nəvələriniz barədə çox az məlumatımız var.

– Böyük nəvəm Leonidin 14 yaşı var. Orta məktəbdə oxuyur. Balacanın isə 10 yaşı… O da orta məktəbdə oxuyur.  Təbii ki, bütün baba və nənələr kimi, mən də öz nəvələrimi çox istəyirəm.  Çox istiqanlı və cazibədar nəvələrdir. Necə deyərlər, “hamıdan yaxşı mənim nəvələrimidir”.  Adətən, bütün babalar belə deyirlər… (gülür)

– Sizə qulaq asırlarmı?

– Çox sevinirəm ki, qulaq asırlar. Ürəkdən hiss edirəm ki, nəvələr babalarını çox sevirlər.

– Bu, çox vacibdir. Müsahibəyə görə, təşəkkür edirəm.   

 

Hazırladı: Xaqani SƏFƏROĞLU

 

brejnev int

brej fr

 

brejnev siqaret

 

brejnev parisde

 

brejnev siqaret02