XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2015 - 19:09

Kılıçdaroğlu koalisiya üçün ən şanslı partiyanın adını açıqladı

kilicdaroglu-yeni.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti qurmaq vəzifəsini baş nazir Əhməd Davudoğluna həvalə edəndən sonra koalisiya ilə bağlı ilk addımlar atılmağa başlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah koalisiya müzakirələrini aparmaq növbəsi CHP-dədir. AKP-CHP görüşündə tərəflər koalisiyon hökumətlə bağlı təklif və şərtlərini açıqlayacaqlar. Görüş öncəsi CHP başqanı Kamal Kılıçdaroğlundan maraqlı açıqlama gəlib.

Kılıçdaroğlu bildirib ki, partiyasının yeni hökumətlə bağlı irəli sürdyü 14 şərt AKP-CHP koalisiyası ehtimalını xeyli zəiflədir. Kılıçdaroğlu AKP-nin bu şərtləri qəbul etməyəcəyini düşünür. CHP başqanı koalisiya üçün hansı partiyanın şansının daha yüksək olduğunu da açıqlayıb. Onun fikrincə, hazırkı mənzərə AKP-nin MHP ilə koalisiya quracağını göstərir.