XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 15:27

Səfir:"Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıqda geriləmə olmayacaq"

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıqda hər hansı bir geriləmə olmayacaq.

Bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyədə hərbi çevrilişə cəhd sonrası ölkənin Silahlı Qüvvələrində aparılan həbsləri şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bir çox sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq davam edir: "Azərbaycan və Türkiyə arasında planlaşdırılmış hərbi təlimlər var və bu təlimlər bundan sonra da davam edəcək".

Səfir həmçinin, iki ölkə arasındakı hərbi sahədə olan bəzi fəaliyyətlərdə bir sıra yeni tərtibatlara ehtiyac olacağını da istisna etməyib.

"Türkiyədə təhsil alan azərbaycanlı zabitlərə yönəlik hərbi məktəblərimizin bağlanması səbəbi və Milli Müdafiə Universitetinin qurulması ilə əlaqədar olaraq bəzi yeni tənzimləmələr ola bilər. Türkiyədə təhsil alan əsgər və zabitlərimiz üçün tətbiq olunan bütün həll yolları heç şübhəsiz ki, azərbaycanlı qardaşlarımız üçün də tətbiq olunacaq " – deyə diplomat qeyd edib.

Səfir eyni zamanda, Türkiyədə qurulan yeni hərbi platforma çərçivəsində Türkiyə və Azərbaycan arasında hərbi və müdafiə sənayesi sahəsində olan işbirliyinin daha da möhkəmlənəcəyini vurğulayıb.