XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2015 - 09:28

Qarabağa qaçan rusiyalı avantürist Şuşada mətbuat konfransı keçirir

Qarabağa qaçan qalmaqallı rusiyalı biznesmen, keçmiş milyarder German Sterliqov bu gün Şuşada vəd etdiyi mətbuat konfransına başlayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mətbuat konfransında Rusiyadan və Ermənistandan xeyli jurnalist iştirak edir.

Sterliqov deyib ki, onun silahlı rus millətçilərinin bandası olan BORN-nun rəhbəri olduğu haqda iddialar yalandır.

“Bu iddiaları 5 il əvvəl məhkum edilmiş və bir-birlərindən minlərlə kilometr uzaqda saxlanılan adamlar yaymağa başladılar. Tamamilə qəfildən onlar məni yada saldılar, hansı ki, bu adamları tanımıram. BORN nə deməkdir – bu haqda ilk dəfə bir neçə həftə əvvəl oğlumdan öyrənmişəm. Heç demə, BORN rus millətçilərinin təşkilatı imiş” – deyə Sterliqov bildirib.

Avantürist rusiyalı deyib ki, vəkilləri Ayrapetov və Armaşov istintaqın onun BORN-un yaradıcı olduğu haqda iddianı tamamilə saxta dəlillər əsasında qurduğu qənaətinə gəliblər.

Mətbuat konfransında Sterliqovun erməni vəkili də iştirak edir.

“Vəkilim mənə zəng edib dedi ki, qətl işi üzrə ömürlük həbs cəzası almış iki şəxsdən mənim barəmdə ifadə alıblar, eynilə bir-birini təkrarlayan iki ayrı mətndir. Bu, həmin ifadənin istintaq tərəfindən yazıldığını göstərir”- deyə özünü xristianlığın xilaskarı kimi təqdim edən qalmaqallı biznesmen bildirib.

Gözlənilir ki, Sterliqov bu mətbuat konfransında Rusiyadan qaçmasının səbəblərini açıqlayacaq. Əlavə məlumat veriləcək.