“Zakarpatiyadan sonra Ukraynanın digər sərhədyanı vilayətləri – Lvov və çernovçını da alov bürüyəcək”.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib.
Onun sözlərinə görə, Rumıniya, Macarıstan, Polşa xüsusi xidmət orqanları bu torpaqların qaytarılmasında maraqlıdırlar. Jirinovski Macarıstan Zakarpatiyanı qaytarandan sonra Rumıniyanın çernovçıya meyl edəcəyini, bunun ardınca isə Polşa ilə sərhəd regionlarının alovlanacağını bildirib.