XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 15:20

Türkiyə, üçüncü dünya müharibəsini necə durdurdu? –Ankara Amerikanın boğazından tutdu…

xəritə 098

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford, 15 iyuldan sonra Ankara ilə Vaşinqton arasındakı, getdikcə nazik ipə dönmüş olan kövrək münasibətlərdən tutaraq, Türkiyəyə gəlib.

Eo 76

Generalın gəlişi günü yeni çevriliş cəhdinin ola biləcəyi xəbərdarlığı ilə İncirlik bazasına giriş və çıxış bağlanaraq, ərazi 7 min polis tərəfindən əhatəyə alınmışdı ki, bunu da Türkiyənin Pentaqona “xoş gəlmişsiniz”i kimi qəbul etmək olar.
“ABŞ dünya səhnəsindən çəkilir, liderlik məsələsindəki konsensus əriyir. ABŞ dünya səhnəsindən çəkildiyinə görə, dünya daha qarmaqarışıq və iyrənc olmağa başlayır. Obamanın prezidentliyi dövründə bəzi uğurlar əldə edilib, lakin dünyanın səkkiz il bundan öncəsinə nisbətən yaxşı halda olmasını söyləmək çətindir. İraq yenidən alovlanır, Suriyadakı vəziyyət daha pisdir. İŞİD isə Əl Qaidənin heç zaman edə bilmədiyini bacardı. Yaxın Şərqdəki xaos milyonlarla insanı qaçqına çevirdi”(Mənbə: 31/07, “Washington Post”).

“Mən müstəqil dövlət kimi Suriyanın gələcəyindən narahatam. ABŞ yaranmış vəziyyət və faktlara görə, hədsiz məyusdur”. Bu sözləri Kolorado ştatında keçirilən “Aspen təhlükəsizlik forumu”nda çıxış edən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan söyləyib. (Mənbə: 29/07, Reuters).

ABŞ-ın düşdüyü vəziyyəti, təkcə “məyusluq” sözü ilə izah etmək olmaz. Bundan başqa onlar sifətlərini də itirirlər. Hələbin Rusiya, İran, Hezbolla, Dəməşq rejimi tərəfindən mühasirəyə alınması və baş verə biləcək nəticələr, Vaşinqtonu yaxşı tərəfdən göstərmir.

Bütün bunların hamısı, çevrilişə münasibət bildirən ABŞ-ın müxtəlif institutlarından gələn ”bəyanatlar” da daxil olmaqla, ölkədəki prezident seçkisi ilə bağlıdır. Yəni, amerikalı generalın gəlişinin səbəbi Suriya məsələsi, Ankara və Brüssel münasibətləri, həmçinin də Putin və Ərdoğanın görüşü ilə bağlı olduğu kimi.

Amerikanın Yaxın Şərqdəki etibarının çökməsindən sonra Ankaranın Rusiyaya tərəf üz tutması, FETO terror təşkilatına qarşı Yüksək Hərbi Şuranın qərarları çevriliş üçün əsas yaradırdı.

Regionda sabitsizləşdirilmiş və döyüşmək imkanını itirəcək hala gətirilməsi vacib olan son həlqə kimi Türkiyəni “gələcək ABŞ prezidenti və onun müharibələri” üçün tərbiyələndirmək istəyiblər. Bu, elə türk xalqının qarşısını aldığı Üçüncü dünya müharibəsidir!

KLin 87

Mən çoxdan və həm də tez-tez yazırdım ki, əgər Hilları Klinton prezident olarsa, onda o, Sakit okean regionuna, Çinə tərəf dönəcək və atəş xətti Yaxın Şərqdən cənub yarımkürəsinə tərəf yer dəyişdirəcək. Konkret nümunələrlə göstərmək istəyirdim ki, Sakit okean və dünyanın digər qaynar regionlarındakı vəziyyəti bu qarşıdurmaya uyğun hala gətirməyə çalışırlar.

Bu barədə yazılan məqələləri oxuyanlar – Avropadakı keçmiş sovet sərhədlərindən yüksələn və Qara dəniz, Aralıq dənizi, İraq, Suriya, Misir, Fars körfəzi ölkələri, Əfqanıstan, Pakistan, Orta Asiya xəttindən Çinə qədər gedib çıxan dalğaların yaratdığı siyasi tektonik bölünmələrdən bəhs edən narahatçılıqlarla tanış olublar.

Bunları da oxuyublar: ”Harada Türkiyənin oyun qurmaq imkanları zəifləyəcək, onda dövriyyəyə Türkiyənin oyunları pozmaq potensialı girəcəkdir”. Bəlkə də 15 iyul tarixində Türkiyə “şəhidlər körpüsü ilə” bu böyük tektonik çatın qarşısını ala bildi.

Amerikada kimin seçilməsindən asılı olmayaraq, ”Obama doktrinası” sona çatacaq. Əgər Hilları Klinton prezident olarsa, onda onun dövlət katibi olduğu vaxt, öz əli ilə yazdığı “Amerikanın Sakit okean əsri”, yəqin ki, bir kənara qoyulacaq.

Türkiyə Amerika planına badalaq atdığına görə, yeni prezident, özünün ikinci dörd illik müddəti üçün təminat verəcək “yüngül müharibə” axtaracaq. Çünki ABŞ prezidentinin Rusiya və ya Çinin öhdəsindən gəlməsi üçün dörd il kifayət deyil. Ona görə ki, Yaxın Şərqin açarı Türkiyənin əlindədir! Amerika prezidenti minimum olaraq, Ankara ilə 2023-cü ilədək yaşamaq məcburiyyətindədir.

ABŞ-ın Türkiyə olmadan Çin və ya Rusiyanın öhdəsindən gəlməyə göstərəcəyi çəhd, Üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Əgər işin içinə hər hansı bir böyük dəyişiklik girməzsə, onda bu, ABŞ-ın məşhur Yaxın Şərq bataqlığına qayıtması deməkdir.

Əgər regiondakı hər bir ölkəyə və onlar arasındakı münasibətlərə ayrı-ayrılıqda nəzər salsaq, onda İran prezidentinin söylədiyi ”Mən, iyulun 15-dən 16-sına keçən gecə yatmadım” sözlərinin mənası aydınlaşar.

Ruhani 0

Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin deyib: “Çevrilişə cəhddən sonra Ruhani Ərdoğana zəng vurub. O, deyib ki, səhərə qədər yatmayıb və hadisələri izləyib. Mən digər ölkələrin liderlərinin baş verənləri bu cür diqqətlə izləməsini düşünmürəm”.

İran haqqında danışanda…İsrailin çevrilişə baxışı necədir? Ola bilər ki, həmin baxış bu təzə xəbərlərin içərisində gizlənir: ”İsrail parlamentinin təhsil, mədəniyyət və idman komitəsi 1915-ci il erməni soyqırımı hadisəsini tanıyıb”.

Ankaranın əvvəl İsrail, sonra isə Rusiya ilə yaxınlaşmasını Tehranda “Suriya məsələsində mövqe düzəltmə” kimi şərh ediblər. Maraqlıdır ki, ABŞ-da bunu elə belə qəbul edib! Onu deyək ki, bu problem özünün zirvə nöqtəsinə çatıb.
“Putin və Ərdoğanın yaxınlaşması – fəlakətdir. Hələ heç vaxt Avropa bu ikili qarşısında bu cür zəif olmayıb. Çevrilişdən sonra praktik olaraq, öz xalqından tam dəstək alan Ərdoğanın başladığı təmizləmənı durdura biləcək güc yoxdur. Qaçqınlarla bağlı müqavilənin bəzəyinə aludə olmuş Avropa, bunun qarşısını ala bilməz. Dialoq üçün hansısa yol tapılmalıdır, çünki Türkiyə NATO-nun üzvü kimi Suriya böhranında mühüm rol oynayır”. (Mənbə: 31/07, Liberation).

Ankara Amerikanın boğazından tutdu…İndi isə sıxır.

“Yeni Şafak” qəzeti (Türkiyə)
Müəllif – Nedret Ersanel