XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 23:04

Kılıçdaroğlu saray yasağını qaldırır – Ərdoğanın qalmaqallı sarayına ilk CHP-çi girdi

chpci.jpg

Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi iqamətgahı olan Ağ Sarayla bağlı ən sərt tənqidlərin müəlliflərindən biri CHP başqanı Kamal Kılıçdaroğludur. İstər seçki öncəsi təbliğat mitinqlərində, istərsə də jurnalistlərə açıqlamalarında Kılıçdaroğlu fürsət düşdükcə Ərdoğana bu saraya görə tənqidlər yağdırıb. Ağ Sarayın inşasına və içinin döşənməsinə külli miqdarda dövlət vəsaitinin xərclənməsi, mindən artıq otağı olan bu iqamətgahın qanunsuz ərazidə tikilməsi CHP başqanının ən çox irad tutduğu məqamlar olub. «Saraya ayaq basmaram. Bina qanunsuz yerdə tikilib. Dövlətin rəhbəri qanunsuz yerdə oturmamalıdır» – deyən Kılıçdaroğlu bu tip açıqlamaları ilə dəfələrlə mətbuatın gündəminə gəlib. Hətta Ərdoğan CHP-nin keçmiş sədri Dəniz Baykalı yeni hökumətlə bağlı müzakirələrə çağıranda belə, Kılıçdaroğlu görüşün prezident sarayında keçirilməməsinə israr etmişdi.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün bunlardan sonra CHP üzvü Recep Gürkan prezident sarayına gedərək Ərdoğanla görüşüb. Və bu görüş mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Gürkan Ədirnə bələdiyyəsinin başqanıdır və saraya bu statusla gedib. Bununla belə, onun sarayla bağlı ən radikal mövqedə olan partiyanı təmsil etməsi suallara səbəb olub.

Ən maraqılısı isə odur ki, yerli mətbuat Kamal Kılıçdaroğlunun Recep Gürkanın bu görüşündən xəbərdar olduğunu, hətta saraya onun razılığı ilə getdiyini yazır.

CHP başqanı məsələyə münasibət bildirmədiyi üçün onun bu görüşdən xəbərdar olub-olmadığı hələ ki bəlli deyil.

Strateq.az