XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 21:38

Elmar Məmmədyarov:“Həll olunmamış münaqişələr “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”

Elmar 2

“Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib. 

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: “Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".