XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 14:40

Fətullah Gülənə qarşı daha bir ağır ittiham:Turqut Özalın ölümündə suçlandırıldı

gulen-ozal

Türkiyənin səkkizinci Prezidenti Turqut Özalın FETÖ tərəfindən öldürüldüyü iddia edilir.

Strateq.az Axar.az-a istinadla xəbər verir ki, mərhum prezidentin oğlu Əhməd Özal atasının ölümündə FETÖ-dan şübhələndiyini bildirib. O, sui-qəsdin araşdırılmasının vacibliyini vurğulayıb: “Atamın zəhərlənməsi məsələsində FETÖ-dan şübhələnirəm. Bu hadisə dərindən araşdırılmalıdır. Mərhumun məzarı açıldıqdan sonra oradakı baş həkim FETÖ-çu olduğu üçün işdən çıxarıldı. Atamın vəziyyəti ağırlaşanda onun mühafizə dəstəsində iki həkim və iki təcili yardım maşını olub. Ancaq heç biri yardım etməyib. Nədənsə bu hadisələr ört-basdır edildi. Fətullah Gülən 1991-ci ildə yazdığı yazıda atamı təhqir etmişdi, çünki atam onun dediklərini yerinə yetirmirdi. Ümumiyyətlə, Turqut Özal sui-qəsdi ən incə detalına qədər araşdırılmalıdır”.

Qeyd edək ki, Turqut Özal illər əvvəl Gülən haqqında danışarkən onun çox təhlükəli adam olduğunu bildirmişdi.