“Hazırda Ərdoğan tarixi sıçrayışa imza atır. O Rusiyaya tərəf üz tutacaq. Türkiyə prezidenti çoxdandır Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq üçün xahiş edir. Biz onu qəbul edəcəyik. Türkiyə Gömrük İttifaqına da daxil olacaq”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Exo Moskvı” radiosuna müsahibəsində bildirib. Jirinovski deyib ki, Türkiyə ilə münasibətlər “təmiz vərəq”dən başlanacaq.
Onun fikrincə, Türkiyə bu tarixi sıçrayışla ilk dəfə olaraq böyük müttəfiqi olan Rusiyanı qazanacaq. Rusiya isə bu əməkdaşlıqdan Aralıq dənizinin cənub sahillərinin limanlarına çıxış əldə edəcək: “Türkiyə yeni pilləyə çıxacaq. Biz cənubda yeni ittifaq yaratmalıyıq. Bu Rusiya-Türkiyə-İran birliyidir. Suriyada terrorçuluq başa çatdqdan sonra isə İraqla Dəmşq bu ittifaqın üzvü olacaq. Bu 500 milyon əhalisi olan yeni yaxın şərq ittifaqı olacaq”.