Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi Ankaranın Moskvaya doğru yönələcəyi ilə bağlı siqnal ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın The Wall Street Journal qəzeti çıxış edib. Qəzet Avropanın artıq Ərdoğanın Rusiya ilə yaxınlaşdığını müşahidə etdiyini bildirib: “Uzunmüddətli perspektivdə onların maraqları qətiyyən üst-üstə düşmür. Bura xüsusilə Suriya, iqtisadiyyat və energetika məsələləri aiddir. Ona görə də Avropa Ankara ilə olan əlaqələrini saxlamaq məcburiyyətindədir. Türkiyəyə yatırılan xarici investisiyaların böyük bir hissəsi Avropa Birliyinin payına düşür. Ümumiyyətlə, Qərb liderlərinin hamısı Türkiyənin Qərbin yanında qalacağına inanırlar”.
Strateq.az