XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 15:06

ABŞ əvvəlki imperiya gücünü itirir –Siyasi elita narahatdır

A1

“Hakimiyyətin həm mütləq və həm də ki, nisbi tərəfləri var. Hər hansı bir dövlətin mütləq hakimiyyəti böyüyən zaman, onun nisbi hakimiyyəti kiçilir. Amerikanın dünyadakı hadisələrə təsiri nə qədər azalacaqsa, digər böyük dövlətlərin və ya dövlətlər blokunun təsir imkanları bundan da aşağı olacaq. Nəticədə isə ABŞ əvvəlki ilə müqayisədə nisbətən daha qüdrətli görünəcək. Amma bunun ciddi bir xeyri və faydası olmayacaq”“AzPolitika.info”nun məlumatına görə, bu fikirlər “The National İnterest” jurnalının siyasi şərhçisi Robert Kaplan müəllif yazısındadır. Məqalədə daha sonra bildirilir:
– Sözssüz ki, ABŞ-ın öz iqtisadi, sosial və siyasi problemləri var. Amerikadakı ailələrin ləyaqətli həyatla təmin olunması naminə, mənfəət gətirəcək iş yerlərinin artırılması üçün ABŞ iqtisadiyyatı yüksək templə və lazımi istiqamətdə inkişaf etmir.

A2

Həyatımıza daxil olan informasiya bolluğu özü ilə birlikdə çöküş və zəkasızlıq da gətirir. Çünki “postsavadlılıq” dövründəki insanlar kitab oxumaqla deyil, televiziya şouları ilə tərbiyələndirilir.
Donlad Tramp rəqəmsal barbarlığın təcəssümüdürBu adam internetdə peyda olan bütün qəddar və təhqiredici şərhlərin axınını özü üçün siyasi proqram seçib. Hal-hazırda siyasi planda biz daha pərakəndə və daha radikal təzahürləri müşahidə edirik…

A3

Ancaq mən Amerikanın poblemlərini, Rusiya, Çin və Avropanın problemlərindən üstün sayardım. Bu dövlətlərin də hər birində yuxarıda qeyd olunan problemlərin hamısı var. Bütün bunlarla yanaşı Rusiya kəskin iqtisadi çöküşdədir və bu ölkəni Yuqoslaviyada baş verənlərin ən yüngül variantında, parçalanma kimi ağır gələcək gözləyə bilər.
Çinin isə öz aşağıya doğru gedən iqtisadiyyatını “yumşaq eniş”lə təmin edə bilməsi çox şübhəli görünür. Bu azmış kimi müsəlman uyğur türkləri də etirazlara qalxıblar. Onlar bəyan edirirlər ki, Çin xalqlar türməsidir. Bu cür etnik çalxantılar fonunda ləngiyən iqtisadiyyatın aqibəti necə olacaq?

A4

O ki, qaldı Avropa Birliyinə, bu təşkilata daxil olan ölkələrin siyasətçilərində ciddi sosial islahatlar aparmaq cəsarəti çatmır. Həmin islahatlarsız isə, gələcək inkişaf mümkün deyil. Beləliklə, qarşımızda, durğunluq içərisinə girmiş cəmiyyətin əhalisi dayanır. Bu əhali sırf populizm və müsəlman qaçıqınlar axınına bürünmüş vəziyyətdədir. Təəccüblü deyil ki, Avropanın adminstrativ böyük dövləti (Avropa Birliyi) dərin böhran içərisindədir.

Başqa sözlə belə demək olar ki, Amerikanın problemləri nə qədər böyük olsa da, onlar qorxuducu deyil və digər ölkələrdə olduğu kimi yalnız struktur xarakteri daşıyır.Belə vəziyyət silahlı qüvvələrə də sirayət edir. Yaddan çıxarmayaq ki, əgər yerüstü silahlı qüvvələr, xüsusi hallardakı fəaliyyətlər üçün nəzərdə tutulubsa, hərbi təyyarələr və hərbi gəmilər, istər sülh və istərsə də müharibə zamanı ölkənin gündəlik hərbi qüdrətinin göstəriricisidir. Hava və dəniz platforması çox baha başa gəldiyindən, onların əldə olunması üçün iqtisadi böyümə və sabitlik lazımdır. Təbii resurslarla zəngin olan ABŞ, başqalarına nisbətən daha çox hava və dəniz platforması ilə təmin olunma imkanına malikdir.

A5

Nisbi yanaşmada Amerikanın Rusiya, Çin və ya Avropa Birliyinə görə daha yaxşı vəziyyətdə dayanmasına baxmayaraq, Vaşinqtonun xaricdəki hadisələrə təsir etmək imkanları tədricən azalacaq.

Düzdür, ABŞ demokratik dövlətdir, amma böyük hesabla (Vyetnam,Əfqanıstan və İraqdakı müharibələrə baxmayaraq) Birləşmiş Ştatlar status-kvonu saxlamağa can atır. ABŞ dünyadakı diktatura rejimli dövlətlərin rəhbərləri vasitəsilə də öz təsir gücünü göstərmək bacarığına malikdir.

Belə ki, Yaxın Şərq diktatorları, hadisələri idarə etmək və böhranlarla mübarizə aparmaq üçün saray daxili diplomatiyadan istifadə olunmasına yaxşı imkan verirlər. Ancaq bu dövr, artıq geridə qalmaq üzrədir.
Sabit diktaturanı əvəz etmiş sabit demokratik rejimlər yerinə, indi biz qarmaqarışıq vəziyyətə düşmüş, xaotik dövlətlər görürük. Hazırda Vaşinqtonun onlara təzyiq etməsi daha da mürəkkəbləşib. Belə söyləmək olar ki, demokratik dövlət olan ABŞ-ın dünyaya demokratik yolla təsir etmək imkanları çətinləşib.

A6

Müasir dövlətlər arasındakı münasibətlərdəki Vestfaliya sistemi ABŞ üçün rahat idi. Bu sistem Vaşinqtona digər dövlətlərin işinə müadxilə etməyə və onlarla qarşılıqlı münasibətlər qurmağa imkan verirdi. Amma bu sistem öz-özünə zəifləyir.
ABŞ-ın xeyli sayda hərbi gəmiləri, qırıcı təyyarələri və Rusiya, Çin, Avropa Birliyi ilə müqayisədə daha sağlam siyasi iqlimə malik obrazının olmasına baxmayaraq, (bir şərtlə ki, əgər Trampın prezidet seçilməsindən qaçıla bilərsə) onun getdikcə dünyaya daha az təsir etməsi, Vaşinqton elitasını daima narahat edir.
İctimaiyyət tərəfindən elitanın siyasi fəaliyyətinə olan dəstəyin azalmasına baxmayaraq, yüksək siyasi elita durmadan yeni fəaliyyətlər tələb edəcək. Problemin məxzi aşağıdakılardan ibarətdir.
Amerika böyük və bahalı hərb maşınına məhz ona görə malikdir ki, orta sinif  bunun hesabına güclənirdi, bundan razı idi. Lakin həmin orta sinifin özü də, az sayda orta sinfin yuxarı təbəqəsinə və nisbətən daha çox sayda, orta sinfin aşağı təbəqəsinin nümayəndələrinə bölünür.
Orta sinfin aşağı təbəqəsinin nümayəndələri bir neçə şəxsi uğursuzluqdan sonra kasıbların sırasına qoşula bilərlər. Ona görə də belə güman edilir ki, cəmiyyət özünün bütün sosial təbəqələri ilə, böyük hərbi qüvvəni müdafiə edəcək. Ancaq hərbi avantüranı daha az ehtimalla dəstəkləyəcək, çünki ümumi yekunda bu bizim cəmiyyətin kasıb hissəsinə baha başa gələcək.
Hər halda varlılar və kasıblar ölkəsi olan Amerika xaricdəki hərbi müaxilələrini davam etdirməkdədir. Bu isə öz mahiyyəti etibarı ilə imperiya dövləti deməkdir. Bütün bunlar isə bizi narahat etməlidir.
Aydındır ki, Amerika öz tarixinin əhəmiyyətli bir hissəsini praktik olaraq, imperiya kimi keçirir. Amma əgər bizim orta sinfimizin sayı azalacaqsa, onda biz tamamilə başqa bir xarakterli imperiyada yaşayacağıq. Çünki dünyada yaranmış yeni situasiyada ABŞ-ın əvvəlki təsir gücünü qoruması, üstünlük əldə etməsi şübhəli görünür.