XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 12:04

“Hər dəfə Qarabağ probleminin həlli məsələsi aktuallaşanda Ermənistanda mitinqlər başlayır” –Arzu Nağıyev

Arzu Nağıyev

Dünən Ermənistanın paytaxtı İrəvanda xeyli sayda adamın iştirakı ilə Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib. Sərkisyanı Qarabağı qaytarmaq istəyində olmaqda ittiham edən aksiyaçılar, torpaqların Azərbaycana qaytarılmasının yolverilməz olduğunu bildirib.

Maraqlıdır, Ermənistan ictimaiyyəti Qarabağla bağlı bu cür prinsipial mövqe sərgilədiyi bir halda Sərkisyan hakimiyyətinin bu istiqamətdə hansısa müsbət addımlar atması, işğaldakı torpaqları qaytarması mümkündürmü?

Məsələ ilə bağl Moderator.az-a açıqlama verən “Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Ermənistanda baş verənləri şou adlandırdı:

“Hesab edirəm ki, bu, Jirayr Sefilyanla başlayan şouların kulminasiya nöqtəsidir. Dağlıq Qarabağ probleminin istər Madrid prinsipləri, istərsə də Kazan protokolları vasitəsi ilə həlli məsələsi əvvəllər aktuallaşmışdı. Qəfildən Jirayr Sefilyanın buraxılması məsələsi meydana çıxdı, daha sonra isə polis idarəsi zəbt olundu. Bundan sonra ikinci tələb kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ortaya çıxdı. Guya müxalifət tələb edirdi ki, Dağlıq Qarabağ probleminin həlli göstərilən istiqamətdə olmasın, torpaqlar qayıtmasın. Bundan sonra kütləvi narazılıqlar, həbslər oldu və s. Bunun ardınca Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüsü ələ aldı. Azərbaycanda, Türkiyədə görüşlər keçirildi, habelə Ermənistan prezidenti Rusiyaa dəvət olundu. Orada da müvafiq təlimatlar aldı. Rusiyaya dəvət edilən Sərkisyana təlimatlar verildi və  Dağlıq Qarabağ münaqişəsinin həll olunması bir tapşırıq kimi onun qarşısını qoyuldu. Bununla da Sərkisyan özünün gələcək hakimiyyətini sığortaladı. Zəmanət aldı ki, Dağlıq Qarabağ münaqişəsi hansı istiqamətdə həll olsa, o, hakimiyyətdə qalacaq. Onun hakimiyyətinin qalmağı isə avtomatik olaraq status-kvonun uzadılmasıdır. Qarabağ probleminin diplomatik yolla həlli məsələsi ortaya çıxanda Ermənistanda mitinqlər başlayır. Hesab edirəm ki, bu, siyasi bir şou və siyasi bir gedişdir.

Ermənistan ərazisindəki vətəndaşlar Dağlıq Qarabağın Ermənistanın tərkibində qalmasını istəmir. Necə olur ki, Dağlıq Qarabağda vuruşmaqdan imtina edən, əsgərlikdən yayınan şəxslər bu gün Qarabağ probleminin həllini məhz torpaqları işğalda saxlamaqla etmək istəyir? Bu, bir daha göstərir ki, baş verənlər Sərkisyan və onun ətrafı tərəfindən düzəldilən tamaşadır”.