XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 13:37

Almaniya XİN başçısı Hələbə humanitar hava dəhlizinin yaradılmasınıtəklif edib

Frank-Valter

 Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbə humanitar yardım göstərilməsi üçün hava körpüsü yaradılmasını təklif edib.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

"Bundan sonra da Hələbin hər iki tərəfinə humanitar yardım çatdırılması qeyri-mümkün olarsa, ilk növbədə dərmanların hava vasitəsilə çatdırılması barədə düşünməli olacağıq", – XİN başçısının bəyanatında deyilir.

XİN rəhbəri həmçinin Suriya üzrə əlaqə qrupunun üzvlərinin bu variantı nəzərdən keçirməklə bağlı razılığa gəldiklərini söyləyib.