QAT sədri Akif Nağı həbs olunmuş QAT üzvləri Zülfüqar İbrahimov və Vüqar Əliyevin işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
QAT-dan Strateq.az daxil olan məlumata görə, Akif Nağı Baş İdarənin istintaq şöbəsinin müdiri Canpolad Daanovla görüşüb. Baş idarənin nümayəndəsi QAT-ın narahatlığını başa düşdüklərini, işə tam obyektiv yanaşdıqlarını bildirib. Akif Nağı hər iki QAT üzvünü yaxşı tanıdıqlarını, onların deyilən hərəkətləri törətdiklərinə inanmadıqlarını deyib və ədalətli araşdırma aparılmasını xahiş edib.