XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 21:20

Əli Kərimlidən yeni təyinat
AXCP sədri Әli Kərimli iyulun 16-da partiyada kadr dəyişikliyi ilə bağlı sərəncamlar imzalayıb.
Partiya sədrinin sərəncamı ilə AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
Digər sərəncamla AXCP Səbael şöbəsinin sədri Saqif Qurbanov AXCP Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Saqif Qurbanov 11 iyul 1974-cü ildə Qazax rayonunun Kalininkənd (indiki Vurğun qəsəbəsi) qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsinə qəbul olub,1997-ci ildə həmin fakültəni bitirib. 1999-2000-ci illərdə hərbi xidmətdə olub. 1989-cu ildən AXC(P) sıralarındadır. 2010-cu ildə isə AXCP Səbail rayon təşkilatının sədri seçilib. Ailəlidir, 2 övladı var.
azadliq.info