XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2016 - 09:30

Ağ Ev Baydenin Türkiyəyə səfər edəcəyinitəsdiqləyib

 

Cozef

 ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək.APA-nın xəbərinə görə,

 məlumat Ağ Ev tərəfindən təsdiqlənib. Məlumata əsasən, Bayden Türkiyəyə avqustun 24-də səfər edəcək.  

Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Baydenin ölkəyə səfər edəcəyini bildirib.

Bundan başqa, avqustun 22-də Türkiyəyə  ABŞ Ədliyyə Nazirliyinin Fəttulah Gülənin mümkün ekstradisiyası məsələsi ilə məşğul olan  nümayəndə heyəti səfər edəcək və Ankarada bir sıra görüşlər keçirəcək. Bundan sonra Türkiyənin nümayəndə heyəti Vaşinqtona səfər edəcək.