XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

14 Avqust 2016 - 09:51

Gürcü politoloq:"Rusiyanın Qafqaz siyasəti dəyişməyəcək"

Gela

Rusiyanın Qafqaz siyasəti dəyişməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloqu Gela Vasadze söyləyib. Onun sözlərinə görə, İvanovun istefaya getməsi daha çox daxili səbəblərlə bağlıdır:

“İvanovun istefası Rusiyanın Qafqaz siyasətində heç nəyi dəyişməyəcək. Bu, daha çox daxili səbəblərlə əlaqədardır. Sadəcə, İvanov artıq Putinə lazım deyil. Ona güclü şəxsiyyətlər yox, verilən tapşırıqları icra edən, resursları olmayan və siyasətlə İvanov kimi məşğul olmayan şəxslər lazımdır. Hətta Putinin hakimiyyətdən getməsi belə Rusiyanın Qafqaz, xüsusilə, Gürcüstan siyasətini dəyişməyəcək. Rusiya və Gürcüstan arasında keçilməsi mümkün olmayan fikir ayrılıqları var. Məsələn, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması buna aiddir. Belə fikir ayrılıqları, amma nisbətən Gürcüstandan daha yumşaq formada olan fikir ayrılıqları Rusiya və Azərbaycan arasında da mövcuddur. Hətta Rusiya və Ermənistan münasibətlərində də belə şeyə rast gəlmək olar. Situasiya ancaq Rusiyanın obyektiv səbəblər ucbatından Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışmaqdan imtina etdiyi və ya daxili işlərinə qarışmaq imkanı olmadığı zaman dəyişəcək”.

Qeyd edək ki, Sergey İvanov bu gün Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. O, Rusiya elitasındakı militarist qrupun rəhbəri, həm də Putinin əsas kadrlarından biri hesab edilirdi.