XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2016 - 12:14

Rusiyalı siyasətçi:"Putin saray çevrilişindən qorxur"

putin-ivanov-1

Rusiyalı siyasətçi, tanınmış blogger Kiril Şulika Kremldəki son kadr dəyişikliyinə toxunub.

Onun sözlərinə görə, Vaynonun Prezident Administrasiyasının rəhbəri təyin ediləcəyi ilə bağlı söhbətlər çoxdan gəzirdi. Ancaq İvanovun vəzifəsinin bu qədər kiçildiləcəyi gözlənilməz oldu.

Şulika qeyd edir ki, hazırda hakim elitanın olmadığını əminliklə demək olar: "Yalnız bir nəfər var, onun da soyadı Putindir".

Siyasətçi Putinin saray çevrilişindən qorxduğunu yazır.

Onun sözlərinə görə, indi iki güc mərkəzi var və hər ikisi də hərbiləşdirilib. Bunlar Putinin mühafizəsinin keçmiş rəhbəri Zolotovun rəhbərlik etdiyi Milli QvardiyaŞoyqunun rəhbərlik etdiyi Müdafiə Nazirliyidir.

İndi FTX deyil, məhz bu iki qurum kadr yetişdirir. Siyasi elita isə yoxdur.

azadliq.info