Rusiya Donbasa zenit-raket kompleksləri yerləşdirir.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski söyləyib.
Onun sözlərinə görə, Donbasa zenit-raket komplekslərinin idarə edilməsi üçün göndəriləcək diviziya Rostovda təlim görüb. O, həmin şəxslərin sənədlərinin yox edildiyini bildirib. Skibitski Donbasda yerləşdiriləcək zenit-raket diviziyasının tərkibində 168 hərbçi, 21 zenit-raket kompleksi və 30 avtomobilin olduğunu söyləyib. (Axar.az)